Salyanda 21 yaşlı qız bıçaqlanıb

salyanda-21-yasli-qiz-bicaqlanib
Oxunma sayı: 1672

Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, Cəfər Cabbarlı küçəsində yaşayan 21 yaşlı yerli sakin Aygün Vilayət qızı Həsənova sol döşünün kəsilmiş–deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bıçaq yarası almış yaralı Cərrahiyyə şöbəsində əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.