“Sadıxlı”da siqaret əməliyyatı

sadixlida-siqaret-emeliyyati
Oxunma sayı: 1671

Gömrükçülər 5600 ədəd gömrük nəzarətindən gizlədilən müxtəlif markalı siqaretlər aşkar edib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.