Sabahdan hava yenə də pisləşəcək

sabahdan-hava-yene-de-pislesecek
Oxunma sayı: 660

Sabah Bakıda və Abşeron yarımadasında buludlu, arabir yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Nigar Məmmədli