Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 1794

Bakıda və Abşeron yarımadasında sabah havanın tutulub açılacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.