“Sәhhәtindәki problemlәrә görә bizdәn ayrıldı” - Qurbanov

shhtindki-problemlr-gor-bizdn-ayrildi-
Oxunma sayı: 3220

Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis yetirmələrindən razı qaldığını bildirib:

- Çox vacib qələbə qazandıq. Futbolçular çox çalışdı. İstədiyimiz kimi oynaya bildik. Azarkeşlərimizi və futbolçularımızı təbrik edirəm. Çox sıx qrafikdə çalışırıq. Hər gün bizim üçün olduqca vacibdi.

- Reynaldonun yoxluğu nə ilə bağlı idi?

- Onun zədəsi var.

- “Qarabağ”ın futbolçusu azarkeşə əl qaldırsaydı, hansı tədbiri görərdiz?

- Bu cür hal dünya futbolunda da baş verib. Azarkeş əsəbiləşirsə, futbolçu bunun iki qatını keçirir. Bu cür hallarda birlik göstərmək lazımdı. Arzulamazdım ki, kimsə belə hal yaşasın.

- Avroliqadakı rəqibləriniz 2-3 gündən bir meydana çıxır. Komandanız isə 4 gündən sonra meydana çıxdı və yorğun görünürdü. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdı?

- Bu, əvvəllər dəb halını almışdı. Tibb elmi də sübut edib ki, qitə miqyaslı görüşlərdən sonra futbolçularda psixoloji problem olur. Bəzi oyunçulara istirahət verdim. Ancaq bu gün futbolçularımız yorğun deyildi.

- Rəşad Sadıqovun yoxluğuna aydınlıq gətirərdiniz…

- Zədəsi var. İstirahət verməyi qərara aldıq.

- Çudomir Çakarovun getdiyi barədə xəbərə aydınlıq gətirməyinizi xahiş edərdik.

- Səhhətindəki problemlərə görə bizdən ayrılıb. Çünki istirahətə ehtiyacı var. Ancaq lazım gəldikdə onunla məsləhətləşirik.

- Reynaldo PAOK-la oyunadək düzələcək?

- Deyə bilmərəm. Çətin görünür. Amma fərdi qaçışlara başlayıb.