Rusiyada helikopter qəzaya düşüb - 21 ölü

rusiyada-helikopter-qezaya-dusub
Oxunma sayı: 1432

Rusiyanın  Yamal-Nenetsk Muxtar vilayətində baş verən helikopter qəzasında həlak olanların sayı 21 nəfərə çatıb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 140-dan çox xilasedici artıq hadisə yerindədir. İlkin ehtimala əsasən 21 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Mi-8 helikopterinin qəzaya düşməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerində olan xilasedicilər qara qutunu axtırır.

İnsident baş verən zaman helikopterdə 3 heyət üzvü və 22 sərnişin olub.