Rusiya səfiri nazirliyə çağırıldı

rusiya-sefiri-nazirliye-cagirildi
Oxunma sayı: 1308

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in Haber 7-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən Türkiyənin hava məkanının ikinci dəfə pozulması olub. XİN-in etdiyi açıqlama deyilir ki, Rusiyanın bu cür münasibəti davam etsə, o xoşaqəlməz nəticələrə görə özü cavabdeh olacaq.