Rusiya İŞİD-i Xəzərdən vurdu

rusiya-isid-i-xezerden-vurdu
Oxunma sayı: 2865

Rusiya İŞİD qruplaşmasını Xəzər dənizində üzən hərbi gəmilərindən buraxılan raketlərlə vurduğunu bildirib.

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, Müdafiə naziri Sergey Şoyqu deyib ki, Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən İŞİD qruplaşmasının 11 hədəfinə 26 raket buraxılaraq həmin hədəflər məhv edilib.

Bu arada, Suriya fəallarına əsasən Rusiya təyyarələri ölkənin şimal-şərqində yeni hava həmlələrini həyata keçiriblər. Hava həmlələri ilə yanaşı hökumət qüvvələrinin quruda da əməliyyata başladığı bildirilir.

Prezident Putin Rusiya hərbiyyəsinin bu əməliyyatını alqışlayaraq hədəflərin 1500 km məsafədə olduğunu qeyd edib.

Rusiya uzaq mənzilli silahları ilə İŞİD-ə aid olmayan hədəfləri vurduğunu inkar edir.