Rəsmilər yaralılara baş çəkmək üçün İğdıra getdi - Fotolar

resmiler-yaralilara-bas-cekmek-ucun-igdira-getdi
Oxunma sayı: 2660

Naxçıvanla sərhəddə baş vermiş qəza ilə əlaqədar Naxçıvandan nümayəndə heyəti İğdıra yollanıb.

"Qafqazinfo" naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, yaralanan xəstələrə Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov, Daxili İşlər Nazirinin müavini Səbuhi Novruzov, Səhiyyə naziri Niyazi Novruzov baş çəkib.

Qeyd edək ki, bu gün Türkiyənin İğdır vilayətində İğdır-Naxçıvan avtomobil yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub. 2 avtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.