Rəis bankomatdan pul çıxararkən öldü

reis-bankomatdan-pul-cixararken-oldu
Oxunma sayı: 4959

"Azəravtoyol" ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bonkamatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib.

Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.