Qonaq ev sahibini öldürdü - Qadın kirayənişin yaralandı

qonaq-ev-sahibini-oldurdu-
Oxunma sayı: 2416

Qusar rayonunun Tofiq İsmayılov küçəsindəki,75 saylı evdə ölüm faktı qeydə alınıb. Evin sahibi 51 yaşlı Şahin Niftəliyev evinə qonaq gələn Yasab kənd sakini Rəşad Abdulhrəhimov tərəfindən bıçaqla qətlə yetirilib.

“Qafqazinfo”nun ans press-ə istinadən xəbərinə görə, gecə saatlarında baş verən qətl hadisəsindən əvvəl mərhum Şahin Niftəliyev qonağı 21 yaşlı Rəşad Abdulrəhimovla yeyib-içiblər. Kifayət qədər spirtli içki qəbul edən dostların sözü qəfildən çəp gəlib. Qonaq Rəşad Abdulrəhimov bıçaqla evin sahibi Şahin Niftəliyevə xəsarət yetirib. Bu zaman həmin ünvanda kirayədə yaşayan Zibeydə Hacıbəyova onları ayırmaq istəsə də Rəşad onu itələyərək, ev sahibinə xəsarət yetirməkdə davam edib. Nəticədə aldığı zərbələrdən Şahin Niftəliyev yerindəcə keçinib.

Hadisəni törədən Rəşad Abdulrəhimov onları ayırmaq istəyən Zibeydə Hacıbəyovaya da xəsarət yetirib. Qadın rayon mərkəzi xəstəxanasında ilk tibbi yardımdan sonra evə buraxılıb.

Qusar prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Qusar prokurorluqunun böyük müstəntiqi Anar Salehov hadisənin sərxoşluq zəmnində baş verdiyini təsdiqləyib.

Bu son 1 həftədə Qusarda baş verən 2-ci qətldir. Sentyabrın 29-da Ənix kəndində qonşu qonşunu at yüyəni üstündə öldürmüşdü.