“Qızımın vətəni Amerikadır...” - Günel + Fotolar

qizimin-veteni-amerikadir
Oxunma sayı: 5842

“Bəxtim elə gətirdi ki, Amerikada övladım dünyaya gəldi. Anasından fərqli olaraq, övladımın vətəni buradır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri eks-aparıcı Günel Musəvi instaqramda yazıb.

ABŞ-da yaşayan Günel bildirib ki, azərbaycanlılar öz köklərini Amerikada danmaq istəyirlər:

“Buna baxmayaraq, mən anası olaraq, kökünün hardan gəldiyini və oranın adət-ənənələri barədə ona məlumat verib, öyrətmək niyyətindəyəm. Qızım doğulan gündən onunla mənim doğma dilim olan Azərbaycan dilində danışıram. Hələ hamilə olanda Bakıdan nə qədər nağıllar kitabı gətizdirmişdim. Bu nağılları ona artıq 3 ayı olan kimi oxumağa başlayacağam. Düşünürəm ki, bir azərbaycanlı kimi öz ana dilimi, mədəniyyətimi və adətlərimi qızıma aşılamaq bir milləyyətçi olaraq borcumdur.

Amerikada bir çox azərbaycanlı ailələri tanıyıram. Demək olar ki, hamısının evində uşaq böyüyür. Fikir vermişəm ki, çoxu uşaqları ilə ingilis dilində danışır. Bu fakt çox üzücüdür. Baxıram ki, digər millətlər istər türk, rus, çinli, meksikalı hamısı evdə ailə içində balaları ilə öz ana dillərində danışırlar, çünkü öz dillərinə, millətinə, köklərinə, mədəniyyətlərinə hörmət edirlər, bu da çox təqdirəlayiqdir.

Bizimkilər sanki öz köklərini Amerikada danmaq istəyirlər, elə bil öz dillərindən utanırlar, amerikalılar kimi olmaq istəyirlər. Amerikalı olub azərbaycanlı qalmaq da mümkündür.

Həm də ingilis dili artıq çoxdan dünya dili olub. Artıq gənclərin çoxu, yaşadıqları ölkədən asılı olmayaraq, ingilis dilində sərbəst oxuyub, danışa bilirlər. Yəni bu dili bilmək qeyri-adi deyil, amma xaricdə yaşayıb öz ana dilini qoruyub-saxlamaq və yeni nəsilə öyrətmək çox alqışlana bilər”.
Xatırladaq ki, aparıcı 2015-ci ilin yayında nişanlanıb. Toyunu isə hamıdan gizli saxlamağa çalışıb. Aparıcı şəxsi həyatı barədə danışmaqdan dəfələrlə boyun qaçırıb.

Cütlüyün Sevil adlı qızı var.