Qəzada idarə rəisi öldü, bələdiyyə sədri isə yaralandı - Yenilənib

qezada-idare-reisi-oldu-belediyye-sedri-ise-yaralandi
Oxunma sayı: 3661

Qazax rayonu, Çaylı kəndi ərazisində "MERCEDES " markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilib. 

***

ARB-nin məlumatına görə, "MERCEDES"in sürücüsü Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, sərnişin Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

Qeyd edək ki, sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.