Qənimət Zahidin qohumlarına hökm oxundu

qenimet-zahidin-qohumlarina-hokm-oxundu
Oxunma sayı: 1916

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rövşən və Rüfət Zahidovların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovların hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.