“Qarabağ”ın futbolçusu Avropada həftənin ən yaxşısıdır - Foto

qarabagin-futbolcusu-avropada-heftenin-en-yaxsisidir
Oxunma sayı: 2483

UEFA Avropa Liqasının qrup mərhələsinin həftənin ən yaxşı futbolçusunu seçib.

Qafqazinfo” xəbər verir ki, namizədlər arasında olan “Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana bütün rəqiblərini qabalayaraq həftənin ən yaxşı futbolçusu seçilib.

UEFA-nın rəsmi saytında keçirilən sorğuda 69 faiz səs toplayan 29 yaşlı futbolçu ən yaxın izləyiciləri olan Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaykos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə qabaqlayıb

Qeyd edək ki, “Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən Kintana oyunda ilk qolun müəllifi olub.