Qara dərili xanım prezidentliyə namizəd olacaq - Bu dəfə Fransada

qara-derili-xanim-prezidentliye-namized-olacaq
Oxunma sayı: 1846

Amerikadan sonra daha bir ölkənin qara dərili prezidenti ola bilər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gələn il Fransada keçiriləcək prezident seçkilərinə Seneqalda doğulmuş, müsəlman RamaYade namizəd olub.

Uzun zamandır seçkilərə hazırlaşdığını deyən Yade cəmiyyətin radikal, irqçi və ayrı-seçkilik edən bir hala gəldiyini qeyd edib. O, “Milləti yenidən bərpa etməliyik”- deyə bildirib.

Onu da bildirək ki, Rama Yade Nikola Sarkozinin prezidentliyi dövründə ayrı-ayrı vaxtlarda xarici əlaqələr, insan haqları və idmandan məsul nazirliklərdə çalışıb.

Aysel Kərimova