Qan davasına görə Azərbaycana qaçdı - Geri qaytarıldı

qan-davasina-gore-azerbaycana-qacdi-
Oxunma sayı: 1881

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə 6 il axtarışda olan Engin Said Dudunun ekstradisiyası barədə təqdimata baxılması üçün məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

E.Said ifadə verərək 1984-cü ildə Mardində anadan olduğunu deyib: "Bizim qan davamız vardı. Buna görə 2008-ci ildə həmin adamlar mən universitetdən çıxanda üstəmə hücum çəkdilər, mən də onları vurdum. Mənə qarşı qəsdən sağlamlığa ağır zərbə vurma ilə cinayət işi başladıldı, amma həbs etmədilər. Şərti olaraq 3 il 4 ay həbs cəzası verildi. Amma qan davalı olduqlarım məni izləyirdi, öldürmək istəyirdilər. Buna görə də Azərbaycana qaçdım. Burda evləndim, indi 7 aylıq körpəm var".

E.Said öz ölkəsinə ekstradisiya olunmasına razı olduğunu bildirib: "Mənim təqsirləndirildiyim maddə üzrə Türkiyədə amnistiya elan olunub: "Mən də buna görə öz ölkəmə getmək istəyirdim. Hava limanında saxlanıldım, ailəm isə Türkiyədədir".

Məhkəmə kollegiyasının qərarı ilə E.Saidin ekstradisiya olunması barədə qərar verilib.

Murad Əhməd