Putin onları işdən qovdu - Adlar

putin-onlari-isden-qovdu
Oxunma sayı: 4229

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının bir neçə yüksək vəzifəli əməkdaşını işdən çıxarıb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin İstintaq Komitəsinin general-mayoru Dmitriy Şermakov və Komitənin Baş İdarəsinin birinci müavini Vitaliy Frolovu işdən azad edib.

Qeyd olunur ki, Başqırdıstan Daxili işlər nazirinin müavini, polis general-mayoru Vyaçeslav Andreev, Krasnoyarsk Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsiin rəhbəri, polis general-mayoru Vadim Antonov, Samaranın prokuroru Murat Kabaloyev və bir neçə məmur da vəzifəsindən azad edilib.