Putin Ərdoğana zəng etdi

putin-erdogana-zeng-etdi
Oxunma sayı: 2811

Rusiya dövlət başçısı Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Putin həmkarı Ərdoğana Ankarada baş verən terrola bağlı başsağlığı verib.

Kremlinin verdiyi məlumata görə, Rusiya prezindenti terror qarşı mübarizədə Türkiyənin yanında olduğunu bildirib.

Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meydanında keçiriləcək mitinqdən əvvəl iki partlayış baş verib, 30 nəfər ölüb, 126 nəfər yaralanıb.