Prosineçki yenә heyәti açıqladı

prosinecki-yen-heyti-aciqladi
Oxunma sayı: 1602

Bu gün Avro-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyunu öncəsi mətbuat konfransı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki matç barədə fikirlərini bölüşüb:

"Komandamız 5 gündür ki, hazırlaşır. Hazırlıq yaxşıdır vә komandadan razıyam. Sabah bizi çәtin oyun gözlәyir. 4 qat dünya çempionlarına qarşı çıxış edәcәyik. 4 oyun oynamışıq vә mәğlub olmamışıq. Bu futbolçularda yaxşı әhval-ruhiyyә yaradır. Bunu mәşqlәrdә gördük. Sabah yaxşı oyun göstәrib, yaxşı nәticә qazanacağıq".

Baş məşqçi rəqibin güclü olduğunu qeyd edib:

“Bu oyun öncәsi bildirdim ki, rәqib güclüdür. Bizә yaxşı nәticә vә yaxşı oyun lazımdır. Xorvatiya millisi Bakıya qәlәbә üçün gәlmişdi, amma nәticә fәrqli oldu. Heç-heçә etdik. İtalyaya qarşı yaxşı oyun göstәrmәyә çalışacağıq. Nәticә dә lazımdır”.

Prosineçki millimizin iki üzvünün zədələndiyini bildirib:

“Hәmişә heyәti açıqlayırdım. Amma bu dәfә olmayacaq. Çünki dünәn iki futbolçu zәdәlәnib. Dünәnә kimi heyәti bilirdim, amma kiçik zәdәlilәr var deyә heyәti özüm dә bilmirәm.Hansı oyunçular zәdә alıb onu açıqlamaq istәmirәm. Hәr şey yaxşı olsa qapıda Kamran Ağayev, müdafiәdә Rәşad Sadıqov, Bәdavi Hüseynov, Arif Daşdәmirov, Maksim Medvedev, yarımmüdafiәdә Rahid Әmirquliyev, Eddi İsrafilov, Dimitri Nazarov, Qara Qarayev, hücumda Ruslan Qurbanov, Әfran İsmayılov çıxış edəcək”.

Baş məşqçi Berti Foqtsun komandası ilә indiki Azәrbaycan millisi arasındakı fərqlərdən danışıb:

“Mәn keçmişdәn danışmaq istәmirәm. İndiki komanda haqqında fikir bildirә bilәrәm. Hazırda komandada özünә inam var. Biz 4 oyun uduzmamışıq. Mәn istәdiyim futbolu bu komanda oynayır. Qarıda daha yaxşı işlәr görәcәyik”.

Elsevər