Prokuror “Nida”çıya 10 il iş istədi

prokuror-nidaciya-10-il-is-istedi
Oxunma sayı: 1256

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə B.Məmmədova cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, B.Məmmədov "Nida" Vətəndaş Hərəkatının üzvüdür. O, ittihamı qəbul etmir.

Murad Əhməd