Pirverdiyev əmri ləğv etməyib - Açıqlama

-pirverdiyev-emri-legv-etmeyib
Oxunma sayı: 2243

Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin ləğv etdiyi qurumları bərpa etməsi barədə yayılan məlumata ASC-dən aydınlıq gətirilib.

Qurumun mətbuat katibi Ələkbər Baxşəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ləğv edilən qurumların bərpa olunması yalandır: “Struktur islahatları aparılır. Amma yazılan kimi deyil. Qeyd olunan qurumlar ləğv edilib, amma bərpa edilməyib”.

Qeyd edək ki, mediada yayılan məlumata görə, E.Pirverdiyevin martın 16-da imzaladığı əmrlə “Azərenerji”nin idarə aparatının tərkibindəki Enerjinəzarət İdarəsi, Əməyin Təhlükəsizliyi Xidməti və Yanğından Mühafizə Xidməti ləğv edilib. Bu əmrlə qurumda kütləvi ixtisarlar baş verib. Adamların kütləvi şəkildə işsiz qalması narazılığa səbəb olub və Etibar Pirverdiyev ayyarım əvvəl imzaladığı əmri ləğv edib.

Murad Əhməd