Özünü həyətdəki tövlədən asdı

ozunu-heyetdeki-tovleden-asdi
Oxunma sayı: 1870

Şamaxı rayonunda intihar hadisəsi baş verib. Məlhəm kənd sakini özünü asıb.

Qafqazinfo” xəbər verir ki, kənd icra nümayəndəsinin ans press-ə verdiyi məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Vəsait Ağaşah oğlu Yolçuyev özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. Onun asılmış meyitini qardaşı aşkarlayıb.

Məlumata görə, canına qəsd edən 57 yaşlı kişi evlənməyib və ailəsi də olmayıb. O, qardaşının ailəsi ilə birgə yaşayırmış. Ancaq hələlik hansı səbəbdən özünü öldürdüyü bilinmir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.