“Novruz”da əfv olacaq - Komissiya toplandı

novruzda-efv-olacaq
Oxunma sayı: 1746

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Lent.az-a bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib. O, bildirib ki, komissiyaya 800-ə yaxın müraciət daxil olunub. Bu gün həmin müraciətlərdən 150-si ilə tanış olunub: "Onların yarısından çoxuna müsbət rəy verilib".

Rəşad Məcid qeyd edib ki, gələn həftə ərzində komissiyanın iclasları davam edəcək.

Həmsöhbətimizin bildirdiyinə görə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.