“Neftçi” “Qәbәlә”ni udub finala çıxdı - Yenilənib

neftci-qblni-udub-finala-cixdi
Oxunma sayı: 2479

Azәrbaycan kubokunun yarımfinal mәrhәlәsinin cavab görüşlәri keçirilir.

"Qafqazinfo" xәbәr verir ki, "Qәbәlә" doğma meydanda "Neftçi"ni qәbul edir.

Qeyd edək ki, tәrәflәr arasında Bakıda keçirilәn görüş 1:1 hesabı ilә başa çatıb.

***

Oyunun start fiti səsləndi.

***

Oyunda ilk hissə qolsuz bərabərliklə başa çatdı. Artıq ikinci hissə başladı.

***

"Neftçi" hesabı açdı. Ruslan Qurbanov 59-cu dәqiqәdə "Qәbәlә"nin qapısına qol vurub.

***

"Qәbәlә" hesabı 76-cı dəqiqədə bərabərləşdirdi. Ermin Zets meydan sahiblərini sevindirən qolun müəllifi olub.

***

90 dəqiqə ərzində oyunda qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılır.

***

Oyunda qalib penaltilərlə müəyyənləşəcək.

***

"Qәbәlә": + + + - -

***

"Neftçi": + + + - +

***

Oyun 4:3 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatır.