“Neftçi”nin eks-qapıçısı döyüldü, azərbaycanlı Yaşar güllələndi

neftcinin-eks-qapicisi-doyuldu-azerbaycanli-yasar-gullelendi
Oxunma sayı: 2786

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç və 48 yaşlı azərbaycanlı, Yaşar adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.

Qafqazinfo” hotsport.rs saytına istinadən xəbər verir ki, hadisə dünən Serbiyanın paytaxtı Belqradda baş verib.

Səhər saat 6-da kafelərin birində naməlum silahlılar Miçoviçə və Yaşara atəş açıb. Serb qapıçı başından zədə alıb, azərbaycanlı şəxs isə ayağından güllə yarası alıb.

İnsident mübahisə zəminində baş verib.