Neft bolluğunun yaratdığı problem

neft-bollugunun-yaratdigi-problem
Oxunma sayı: 1616

10 il ərzində Şimal Dənizində 150-yə yaxın neft platformasında hasilat dayandırıla bilər.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, belə bir proqnoz Britaniyanın sənaye analitiklərindən gəlib. “Douglas-Westwood” analitik şirkətinin proqnozlarına görə, neftin kəskin ucuzlaşması amili Britaniyanın dəniz sularında neft hasilatını qeyri-rentabelli edəcək.

Digər analitik şirkət “Wood Mackenzie”nin proqnozlarına görə isə, neftin ucuzlaşması ucbatından Kanada, Venesuela və Böyük Britaniya gələcəkdə ümumiyyətlə bütün neft yataqlarını bağlaya bilər.

“Neft bolluğu” amili hələ də dünya bazarlarında öz sözünü deyir. OPEK-in istehsal etdiyi neftin üçdə bir hissəsinə cavab verən Səudiyyə Ərəbistanı qiymətlərin yenidən artması üçün hasilatı azaltmaq əvəzinə, qlobal bazar payını qoruyub saxlamağa çalışır. Ər Riyadı ABŞ-dadaha ucuz başa gələn metodla şist neft hasil edən şirkətlər və digər amillər narahat edir.

“Financial Times” qəzeti isə Şimal dənizindəki neft-qaz şirkətlərinin hazırda ziyana işlədiyini yazır. Qəzetin "Company Watch" təşkilatının araşdırması əsasənda verdiyi məlumata görə, Şimal Dənizi sektorundakı 12 aylıq ümumi itkilər 6.4 milyard funt-sterlinqə (təx. 14.7 milyard AZN) yaxındır.