Nazirlik AMAY-ı məhkəməyə verdi

nazirlik-amay-i-mehkemeye-verdi
Oxunma sayı: 1145

Vergilər Nazirliyi(VN) yanında Bakı Vergilər Departamenti "AMAY" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.