Nardaranda da dəfn hazırlığına başlanıldı

nardaranda-da-defn-hazirligina-baslanildi
Oxunma sayı: 5843

Nardaranda dünən polisin keçirdiyi əməliyyat zamanı atışmada həlak olan radikal dindarlar bu gün dəfn olunur.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onların yaxınları məlumat verib.

Atışmada ölən 4 nəfərin nəşi Hacı Bəxş Məscidinin qarşısında dəfn olunur.

Ölən dini ekstremist qruplaşmanın üzvləri Babayev Əkbər Nazim oğlu, Səfərov Sərvan Şirvan oğlu, Bünyatov Rafael Zeynalabdin oğlu və Abbas Hüseyndir.