“My life my rules” – - Nə deməkdir?

my-life-my-rules-
Oxunma sayı: 16457


Psixoloqlar qeyd edirlər ki, bu cür yazıları maşınlarına vuran insanlar adətən natamamlıq kompleksindən əziyyət çəkən insanlar olurlar. Özünü həyatda istədikləri kimi təsdiq edə bilməyənlər bu cür yazılarla, aqressiv davranışla və ya geyimi ilə özlərini təsdiq etməyə çalışırlar. Başqa yollarla özünü ifadə edə bilməyən insanlar bu cür yollardan istifadə edirlər.

Daha çox "avtoşluğa" meylli olanlar, avtomobili yüksək sürətlə və qaydaları kobud şəkildə pozaraq idarə edənlər bu cür yazıları daha çox sevirlər. Ancaq onlar, bəlkə də, belə bir lozunqun haradan qaynaqlandığını bilmirlər.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu sözlər dünyada homoseksualların lozunqu kimi qəbul olunub. 1970-ci ildə qeyri-ənənəvi cinsi orientasiyanın nümayəndələri öz hüquqlarını tələb etmək üçün Nyu-York şəhərində toplaşıblar. Bu dünya tarixində ilk "gey-parad" olub. Məhz həmin paradda "My life my rules" lozunqu səslənib. Sonradan bu ifadə bütün homoseksuallar üçün lozunqa çevrilib.

“Qafqazinfo”