“Monopoliya ilə bağlı şikayət yoxdur” - Aydın Əliyev

monopoliya-ile-bagli-sikayet-yoxdur
Oxunma sayı: 2862

“Broker fəaliyyətinə tam son qoyulub”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev komitəsinin 2016-cı ilin yekunlarına dair mətbuat konfransında deyib.

Sədr gömrük orqanlarının gördüyü işlərdən danışıb:

“Dünyada baş verən iqtisadi böhran, milli valyutanın məzənnəsi və s. gömrük məcəlləsində müəyyən dəyişikliklərin edilməsinə səbəb olub. Tam avtomatlaşdırılmış, elektron bəyanetmə sisteminə keçmişik. Hazırda Azərbaycanın partnyorluq etdiyi ölkələrin sayı 80-ı ötür.

Qaçaqmalçılıq yolu ilə əldə edilən 1ton 136 kq-dan çox narkotik maddə zərərsizləşdirilib. Qanunsuz olaraq ölkə xaricinə çıxarılmağa cəhd edilən 2 milyondan çox ABŞ dolları aşkarlanaraq götürülüb”.

Aydın Əliyev vurğulayıb ki, vergidən yayınma faktları ilə də qarşılaşırlar:

“Keçən il fəaliyyətindəki qüsurlarla bağlı, şikayətlərə əsasən 246 işçi intizam məsuliyyətinə cəlb olunub, 20 nəfər işdən çıxarılıb, 10 cinayət işi açılıb. Hazırda kamera vasitəsilə izləyirik. Ancaq əfsuslar olsun ki, kadr çatışmazlığı problemimiz hələ də var. “Sınıq körpü”dəki problemlərin əsas səbəbi gündəlik olaraq oradan istifadə edənlərdir.

Konfransda komitə sədrinin birinci müavini Səfər Mehdiyev və Nazir Məmmədov da iştirak edir.

***

Sədr qeyd edib ki, 2016-cı ildə ölkəyə xaricdən 58 080 telefon daxil olub.

O, şikayətlərdən də danışıb: “Vətəndaşlardan 2015-ci ildə 1400-dən yuxarı, 2016-cı ildə isə 1200 şikayət daxil olub. Monopoliya ilə bağlı isə hər hansı bir şikayət daxil olmayıb”.

Günel Hacı