Milyonçunun vəsiyyəti açıqlandı - Katibəsinə 75 milyon avro bağışlayıb

milyoncunun-vesiyyeti-aciqlandi
Oxunma sayı: 4488

İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan “Esselunga”nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.

Milyonerin ölümündən sonra böyük maraqla gözlənən vəsiyyət açıqlanıb və məlum olub ki, Caprotti sərvətinin yarısını -75 milyon avronu, 2 dəyərli rəsm əsərini 48 il katibəsi olaraq çalışan 68 yaşlı qadına miras qoyub.

Mirasın yerdə qalan hissəsi isə 5 qardaşı uşağı arasında bölüşdürüləcək.

İş adamı holdinginin hissələrinin 70 faizini həyat yoldaşı və qızına, yerdə qalanını isə ilk evliliyindən olan iki qızına vəsiyyət edib.