Millinin futbolçusu soyuldu - Bahalı maşınından...

millinin-futbolcusu-soyuldu
Oxunma sayı: 5330

Fevralın 20-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısında avtomobilindən oğurluq edilib.

"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin "Chevrolet Camaro SSX" idman avtomobilinin şüşəsini sındıran oğrular, əllərinə bir şey keçmədiklərini görüncə, futbolçunun idman dəstini götürərək hadisə yerindən uzaqlaşıblar.

Elə eyni ünvanda həmin gecə ikinci avtomobildə oğurluq hadisəsi baş verib. "Range Rover"dən də eyni qaydada oğurluğa cəhd edən şəxslərin məhz Rəhman Hacıyevin avtomobilinə daxil olan cinayətkarlar olduğu ehtimal edilir.