Millimizin baş məşqçisi axtarışa verildi - İnterpolla

millimizin-bas-mesqcisi-axtarisa-verildi
Oxunma sayı: 1935

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zeyzenbaherin məhkəmə prosesi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Vyana məhkəməsi onun həbsinə qərar verib.

Pedofiliyada günahlandırılan mütəxəssis İnterpolla axtarışa verilib. Çünki Zeyzenbaher gizlənir və məhkəmələrə gəlmir.

Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.