Millimiz uduzdu - 0:5 + Yenilənib

millimiz-uduzdu
Oxunma sayı: 4280

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.

Qafqazinfo”nun məlumatına görə, A qrupunda mübarizə aparacaq Təbriz Həsənovun komandası ilk görüşündə Portuqaliya millisi ilə üz-üzə gəlir.

Millimiz Portuqaliyaya 0:2 hesabı ilə uduzur.

Qollar: Joze Qomes, 5 (0:1), 16 (0:2)

***

Millimizin üzvü Elçin Əsədov 24-cü dəqiqədə avtoqola imza atır -0:3.

***

Oyunun 43-cü dəqiqəsində rəqib futbolçu Luis komandasının 4-cü qolunu vurur. 

***

Matçın 76-cı dəqiqəsində Portuqaliyanın futbolçusu Fernandes komandasının 5-ci qolunu vurur. 

***

Oyun 5:0 Portuqaliya millisinin qələbəsi ilə başa çatıb.