Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində “Real” (Madrid) – “Mançester Siti” qarşılaşır.
“Qafqazinfo”nun məlumatına görə, artıq komandaların heyətləri də müəyyənləşib.
“Real”: Navas, Pepe, Ramos (k), Kroos, Beyl, Marselo, Karvaxal , Ronaldo, Xese, Modriç, İsko
Ehtiyat oyunçular: Kasilya, Varan, Xames Rodriqes, Kovaçiç, Lukas Vazqez, Mayoral, Danilo
“Mançester Siti”: Co Hart, Sanya, Kompani (k), Fernando, Aquero, Xesus Navas, De Bruyne, Klişi, Fernandinyo, Otamendi, Ture
Ehtiyat oyunçular: Kaballero, Sterlinq, Kolarov, Delf, Boni, Mangala, İxeanaço.
Qeyd edək ki, finala vəsiqə qazanan ilk komanda “Atletiko”dur.
***
Oyunun 20-ci dəqiqəsində “Mançester Siti”nin futbolçusu Fernando avtoqolla rəqibin hesabına qol yazdırır.
***
Oyunun 36-cı dəqiqəsində “Real”ın futbolçusu Pepe ikinci qolu vursa da, oyundan kənar vəziyyət qeydə alan hakim qolu hesaba almır.
***
Oyun 1:0 “Real”ın qələbəsi ilə başa çatır. Və məhz bu komanda finala çıxır.