Metroda nə olub? - Açıqlama

metroda-ne-olub-
Oxunma sayı: 6268

Ötən gecə Bakı Metropolitenində bir neçə qatarın dalbadal depoya göndərilməsi barədə məlumat yayılıb.

Bu barədə “Qafqazinfo”ya müraciət edən sərnişinlər bildirib ki, hadisə saat 22:00-dan sonra baş verib: “Bir birinin ardınca 6 qatar Bakmil stansiyasına göndərildi. Sonra isə şəhər istiqamətində Həzi Aslanov qatarını qoşdular”.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. N. Paşayev belə bir problemin yaşanmadığını qeyd edib: “ Bizim deponun ümumiyyətlə 6 qatarı dalbadal qəbul etmək gücü yoxdur. Sadəcə axşam saatlarından sonra qatarların intervalında dəyişiklik olur. Həmin saatlarda da ilk qatar 22:29- da, sonrakı qatar isə 22:46-da Nərimanovdan depoya gedib”.

Günel Türksoy