Metro istifadəçilərinin nəzərinə

metro-istifadecilerinin-nezerine
Oxunma sayı: 3362

Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, stansiya saat 12:00-a kimi işləməyəcək. Həmin vaxt "Cəfər Cabbarlı" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qatarlar hərəkət etməyəcək.

N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.