Messi əməliyyata girir

messi-emeliyyata-girir
Oxunma sayı: 2063

“Barselona”nın futbolçusu Lionel Messi böyrəyində daş olduğu üçün əməliyyat olunacaq.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, əməliyyat sabah gerçəkləşəcək. Elə həmin gün argentinalı hücumçunun evə buraxılmasının mümkün olacağı bildirilib.

Qeyd edək ki, L.Messi əməliyyat olunacağı üçün İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə cavab qarşılaşmasında oynamayacaq. O, Çempionlar Liqasında "Arsenal"la oyuna kimi hazır olacaq.

Xatırladaq ki, L.Messi tibbi müayinədən keçmək üçün "Barselona"nın sonuncu məşqini buraxmışdı.