“Mən “Qarabağ”ımla fəxr edirəm” - Tahir Gözəl

men-qarabagimla-fexr-edirem-
Oxunma sayı: 1451

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub. Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl bu sözləri deyib: “Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra “Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi. Əlbəttə, rəqib çox güclü idi. İnkişaf etmiş və güclü kollektivdi. Vurduğumuz qolun ofsayt olması bizim bəxtsizliyimiz idi. Nəsə “Qarabağ”ın ofsaytlarla bəxti gətirmir. Əlimizdən gələni etdik, mübarizə apardıq. Çox çətin qrupa düşmüşdük. Ancaq “Qarabağ” meydana çıxdığı hər oyunda qələbəyə yaxın tərəf idi. Klubumla fəxr edirəm. Azərbaycanı layiqincə təmsil etdik”.

Gözəl qrupdakı son matçda da qələbə üçün çıxacaqlarını deyib: “Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq, onu bilmirik. Düzü, inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən “Qarabağ”ımla fəxr edirəm”.

Elsevər