Məmurun iddiası üzrə məhkəmə gecikir

memurun-iddiasi-uzre-mehkeme-gecikir
Oxunma sayı: 641

Məhkəmədə iştirak edənlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, icra hakimiyyətinin İmişli rayon Ağammədli kənd sakini Əsəd Xəlilova qaldırdığı iddia üzrə rayon məhkəməsində təyin olunan iclas hələ də baş tutmayıb. Məhkəmə sat 15.00-a təyin olunsa da, prosesin başlanması gecikir. Hazırda cavabdeh tərəfin nümayəndələrinin, onu müdafiə edən daşqından əziyyət çəkmiş rayon sakinlərinin, QHT və KİV nümayəndələrinin məhkəmə binası qarşısında toplaşdıqları bildirilib.

Qeyd edək ki, İmişli rayon Ə. Xəlilov İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevin nümayəndəsi Şəmsəddin Pənahov tərəfindən məhkəməyə verilib. İddiaçı buna səbəb kimi Ə. Xəlilovun dövlət başçısına yazdığı, “Yeni Musavat” və “Gündəm xəbər” qəzetlərində dərc olunan məktubunda onun şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna ziyan vurduğunu əsas gətirir. İcra başçısının nümayəndəsi məhkəmədən “Kür qaçqınını” 50 min manat cərimə olunmasını və haqqında cinayət işi qaldıraraq onun həbs edilməsini xahiş edib.