Medvedevin olduğu binada yanğın - Baş nazir zalı tərk etdi+Video

medvedevin-oldugu-binada-yangin
Oxunma sayı: 2626

Rusiya baş naziri Dmitri Medvedevin iştirak etdiyi “Açıq innovasiya” forumunun binasında yanğın baş verib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, diskussiya zamanı aparıcı təhlükəsizliklə əlaqədar iştirakçılardan mənakı tərk etmələrini istəyib. Baş nazir forum iştirakçıları ilə birgə zaldan evakuasiya edilib.

Yanğının qısa qapanmadan baş verdiyi bildirilir. Hazırda forumun fəaliyyətində fasilə yaranıb.