Məcburi köçkünü maşın vurub öldürdü - Sürücü qaçdı

mecburi-kockunu-masin-vurub-oldurdu-
Oxunma sayı: 2380

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Qafqazinfo” xəbər verir ki, Lənkəran Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü istintaqla hələlik müəyyən edilməyən avtomobil Ağdam rayonundan olan məcburi köçkün Bərdə şəhər sakini 1944-cü il təvəllüdlü Qurban Yelmar oğlu Abbasovu vurub.

Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər aparılır.