Maşın kanala aşdı - 2 nəfər boğulub öldü

masin-kanala-asdi-
Oxunma sayı: 2328

Sabirabadda avtomobil kanala aşıb, iki nəfər suda boğularaq ölüb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün 10.30 radələrində Sabirabad rayonun Yastıqobu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi “Niva” markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Avtomobildə olan digər iki nəfər xilas olub.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.