Martda 14 gün iş olmayacaq

martda-14-gun-is-olmayacaq
Oxunma sayı: 5872

Azərbaycanda martda bayram və istirahət günləri ilə birgə 14 gün qeyri-iş günü olacaq.

Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən mart ayının 8, 20, 21, 22, 23 və 24-ü rəsmi bayram günləri elan edilib.

Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyi üçün həmin tarixlər də istirahət günü hesab olunacaq.

Qeyd edək ki, martın 4, 5, 11, 12-ci günləri isə şənbə-bazar gününə təsadüf edir.