Lənkəranın bir hissəsi işıqsız qaldı

lenkeranin-bir-hissesi-isiqsiz-qaldi
Oxunma sayı: 709

Güclü qar Lənkəranda enerji fasiləsinə səbəb olub. Dünən axşam saatlarından yağan intensiv qar rayonun enerji təsərrüfatına ziyan vurub. Güclü qar səbəbindən rayonun bir neçə kəndi və şəhərin bir hissəsində enerji fasiləsi yaranıb.

"Qafqazinfo" İstipress-ə istinadən xəbər verir ki, şəhər 5 saylı işıq xəttində yaranan problemlər səbəbindən şəhərin Füzuli küçəsində, Qalayçılar məhəlləsində elektrik enerjisinin verilməsi kəsilib. Eyni zamanda, rayonun Separadi, Sütəmordov və ucqar dağlıq neçə kəndlərdə sakinlər enerjisiz qalıb. Hazırda ərazidə Lənkəran Elektirik Şəbəkəsinin təmir birqadası problemin aradan qaldırılması istiqamətində iş aparır.

Xatırladaq ki, hazırda rayona qar yağması davam edir. Mərkəzdə qarın qalınlığı 15-20, ucqar kəndlərdə isə 35-40 sm-dir.