Lapşin anası ilə görüşdü

lapsin-anasi-ile-gorusdu
Oxunma sayı: 1661

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməkdə təqsirləndirilərək həbs edilib Azərbaycana ekstradisiya edilən bloqer Aleksandr Lapşinin anası Bakıya gəlib.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, A.Lapşinin anası Bella Lapşina Bakıya gələrək oğlunu müdafiə etmək üçün yeni vəkillə müqavilə imzalayıb. Vəkil artıq 1 saylı Bakı İstintaq təcridxanasında A.Lapşinlə görüşüb, onun saxlanma şəraiti və səhhəti ilə də maraqlanıb. Yeni vəkilin orderi artıq istintaqa da təqdim edilib.

B.Lapşina Rusiya və Belarus səfirlikləri vasitəsilə 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan oğlu ilə də görüşüb.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.