“Lambada”nın ifaçısı maşında yanaraq öldü

lambadanin-ifacisi-masinda-yanaraq-oldu
Oxunma sayı: 3256

1980-ci illərdə “Lambada” mahnısı ilə məşhurlaşan braziliyalı müğənni Loalva Braz 64 yaşında dünyasını dəyişib.

Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, braziliyalı yanğınsöndürənlər onlara Rio-de-Janeyronun sahil zonasında yanan avtomobillə bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə gedərək Brazın maşından yanmış cəsədini çıxarıblar.

Avtmobilin yanmasının səbəbləri bilinmir.

Qeyd edək ki, L. Braz fransız qrupu “Kaomo”nun solisti olub.