“KVN” qalmaqalı ilə bağlı - Direktordan açıqlama

kvn-qalmaqali-ile-bagli
Oxunma sayı: 3656

“Qondarma Dağlıq Qarabağ Respublikasından heç bir komanda Soçidə keçirilən “Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq festivalında iştirak etməyib”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən məlumatına görə, bu barədə KVN-nin aparıcısı, “ “AMİK” televiziya yaradıcılıq birliyinin direktoru Aleksandr Aleksandroviç Maslyakov bildirib.

“Festivala dəvət KVN-nin rəsmi saytında qeydiyyatdan keçmiş bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrdən uzaq olub. KVN siyasi situasiyadan asılı olmayaraq ilk növbədə gənclər hərəkatıdır və bu nəinki Rusiya ərazisində, həm də digər ölkələrdə populyardır. Klubda dövlətlər deyil, komandalar oynayır”, - deyə A. Maslyakov vurğulayıb.

Onun sözlərinə görə, KVN daxilində 55 il ərzində bir dəfə də olsun münaqişəli situasiya baş verməyib.

Qeyd edək ki, Azərbaycan XİN-i qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına görə bəyanat yayıb: ““Şən və hazırcavablar klubu”nun (KVN) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycanı Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik. Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər.”