Kosa və keçəl nazirlikdə - Fotolar

kosa-ve-kecel-nazirlikde
Oxunma sayı: 1675

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda çıxış edən nazir Səlim Müsülmov deyib ki, ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz çoxalıb: “Ötən ayın ortalarından bəri, yəni təqribən bir ay ərzində artıq 16 rayon üzrə 200 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaları mal və materiallar təqdim olunub. Hazırda bu işlər davam etdirilir və özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunanların sayı bu ayın sonunadək artıq 25 rayon üzrə təqribən 400 nəfərə çatacaq. Yaxın aylar ərzində isə poqramın yekunu olaraq 1500 nəfərin aktivlərlə təminatının tam yekunlaşacağı nəzərdə tutulur”.

Nazir deyib ki, bu gün artıq Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır və BMT mart ayının 21-ini “Beynəlxalq Novruz Günü” elan edib.

Bayram tədbiri incəsənət ustalarının ifasında konsert proqramı, həmçinin nazirlik əməkdaşlarının uşaqlarının şer, mahnı, rəqs və s. növlərdə ifaları ilə davam edib.